AzCad

Müasir dövrümüzdə inşaat ən gəlirli sahələrdən biridir. Bəs onu daha mənfəətli biznesə çevirən əsas amil nədir? Birmənalı demək olar ki, burada ən önəmli faktor qənaətdir. İnşaatın bütün mərhələlərində (layihələndirmə, tikinti və s.) qənaətlilik uğurlu biznesin açarıdır.

Bunu nəzərə alaraq biz təcrübəli layihəçi, memar, mühəndis və konstruktorlardan ibarət AzCAD komandası olaraq sizə layihələndirmədə ən qabaqcıl və sərfəli yanaşmalarla xidmət etməkdəyik.

İnşaat sektorunda 20 ildən çox təcrübəyə malik peşəkar mütəxəssislərdən ibarət komandamız layihələndirmədə maksimal effektiv və qənaətli həlləri təqdim edir.

Mütəxəssislərimiz müxtəlif təyinatlı bina və qurğuların hesabatlarını (ağac konstruksiyalar, beton və dəmir-beton konstruksiyalar, metal konstruksiyalar, mövcud tikililərin gücləndirmə hesabatları və s.) müasir standartlara uyğun həyata keçirirlər.

Sifarişlərdən asılı olmayaraq layihələrin hazırlanması zamanı tərəfimizdən qanunvericilikdə əksini tapan bütün normalar və beynalxalq təcrübələr nəzərə alınır.

Fəaliyyətimizlə bağlı daha ətraflı məlumatı “Xidmətlərimiz” bölməsindən əldə edə bilərsiniz.

Hörmətlə, AzCAD komandası

Partnyorlarımız

No posts were found for provided query parameters.