Əsas Xidmətlərimiz
Hesabat və layihələndirmə
Bu xidmət hər növ tikinti materiallarının, o cümlədən polad, beton, taxta və daşın istifadə olunduğu konstruksiyaların analizi və layihələndirilməsini əhatə edir. Müasir proqram təminatlarından istifadə edərək bina və qurğuların yükdaşıyan elementlərinə statik və dinamik yüklərin təsirini nəzərə alaraq yerli və beynəlxalq normaların tələbləri daxilində layihələndirilir. Məqsədimiz davamlı, təhlükəsiz və iqtisadi cəhətdən effektiv konstruksiyaların layihələndirilməsidir.


Müəllif nəzarəti
Tikinti işlərinin təsdiq edilmiş layihə həllərinə uyğunluğuna nəzarət. Bütün tikinti müddəti ərzində layihənin müəllifi tərəfindən həyata keçirilir. Layihənin müəllifi səhvləri və uyğunsuzluqları müəyyən edir, onların aradan qaldırılması üçün göstərişlər verir və zəruri hallarda dizayn sənədlərinə düzəlişlər edir.
Seysmik izolyasiya, sönümləndirmə və digər qoruyucu texnologiyalar
Seysmik izolyasiya və sönümləndirmə texnologiyaları binaları zəlzələ kimi təbii fəlakətlərdən qorumaq üçün tətbiq edilir. Bu texnologiyalar binanın təməlini zəlzələnin təsirlərindən izolyasiya etməklə zərər riskini azaldır. Müasir qoruyucu texnologiyalar vasitəsilə binaların seysmik davamlılığı təmin edilir.


Tarixi binaların bərpası
Tarixi binaların bərpası onların unikal arxitekturasını qoruyaraq, təhlükəsiz və funksional vəziyyətə gətirilməsini əhatə edir. Bu işlər köhnə strukturları müasir standartlara uyğun yeniləməklə yanaşı, tarixi dəyəri qorumağa yönəlib. Mühəndislərimiz bu prosesdə xüsusi diqqət və dəqiqliklə işləyirlər.
Sənaye konstruksiyaları və avadanlıq dəstəyi
Sənaye obyektləri üçün xüsusi strukturların layihələndirilməsi və avadanlıqların təhlükəsiz quraşdırılması bizim prioritetlərimizdəndir. Bu xidmət çərçivəsində ağır yüklərin və xüsusi sənaye avadanlıqlarının dəstəyini təmin edən konstruksiyalar yaradılır. Dayanıqlı və effektiv strukturlar sənaye əməliyyatlarının təhlükəsizliyini və davamlılığını artırır.
