AZCAD

Haqqımızda

Bizim əsr – Biznes əsridir..

İnşaat - ən çox məənfətli bizneslərdən biridir. Bəs inşaatı belə məənfətli edən nədir? Çox parametrlər var, amma əsas parametrlərdən biri - qənaətdir. İnşaatda qənaətlik bir neçə hissədən ibarətdir. Əsasları bunlardı: layihələndirmə mərhələsinda qənaətlik, tikinti mərhələsində qənaətlik və s. Bunları nəzərə alaraq biz (Azcad komandası) layihələndirmədə özünə məxsus yanaşmaları tədbiq edirik. Beləliklə layihələrin işlənməsi zamanı Azərbaycan Respublikasının qüvvədə olan bütün standartları və beynalxalq təcrübələr nəzərə alınır. Memarlar, konstruktorlar və müxtəlif inşaat ixtisaslı mühəndislər Azcad komandasını təşkil edir. Məhz buna görə bizim komanda müştərilərə maksimal effektiv və qənaətli həlləri təqdim edir.

Bizim mütəxəssislər aşağıda göstərilən müxtəlif təyinatlı bina və qurğuların hesabatlarını həyata keçirirlər: daş, taxta, plastik, dəmir-beton konstruksiyalar, metal konstruksiyalar, fasadların hesabatı, mövcud tikililərin gücləndirmə hesabatları və s. Daha ətraflı məlumatı “Xidmətlərimiz” bölməsindən tapa bilərsiniz.

Bizim komandanın üzvləri “Milli Gimnastika Arenası”, “Trump Tower”, “Boshshelf”, “Olimpik Logistik Mərkəzi”, “Bakı Logistik Mərkəzi” kimi layihələrdə iştirak etmişlər. Komandamızın hər bir üzvü inşaat sektorunda ən azı 14 il təcrübəyə malikdir. Layihələndirmə zamanı Autcad, Archicad, Revit, Lira, Tekla, MS Project kimi komputer programlarından istifadə edirik. Yuxarıda qeyd olunanları nəzərə alaraq, əminliklə deyirik ki, komandamız sizin ideyanıza uyğun maksimal efektiv və qənaətbəxş həlli təqdim etmək iqtidarındadır.

Hörmətlə AzCAD komandası

Powered by Vhstudio
© AZCad 2018. All Rights Reserved.